ARDNŞ “Xarici Təqaüd Proqramı” çərçivəsində müsabiqə elan edir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) “Xarici Təqaüd Proqramı” çərçivəsində Fransanın nüfuzlu universitetlərində ingilis və fransız dillərində magistr təhsili almaq istəyənlər üçün müsabiqə elan edir.
Dialoq.info-nun məlumatına görə, müsabiqədə hazırda bakalavr pilləsinin 4-cü kursunda və ya magistraturada təhsil alan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Qəbul geologiya (geofizika) mühəndisliyi (neft-qaz sənayesi üzrə), neft-qaz, kimya, mexanika, elektroenergetika, elektrik, inşaat, kompyuter, informasiya texnologiyaları və sistemləri, proseslərin avtomatlaşdırılması və ekologiya mühəndisliyi ixtisasları üzrə aparılır.
Müsabiqədə 29 yaşadək gənclər iştirak edə bilərlər. İngilis dilində təhsil almaq üçün müraciət edən namizədlər İELTS və yaxud TOEFL sertifikatına, fransız dilində təhsil almaq istəyənlər isə TCF və yaxud DELF üzrə minimum B1 səviyyəsini göstərən sertifikata malik olmalıdırlar.
Tələb olunan sənədlər və müsabiqənin keçirilmə qaydaları ilə

www.socar.az
saytı vasitəsilə məlumat almaq mümkündür. Müsabiqəyə sənəd qəbulunun son günü noyabrın 7-dir