ARGTMŞ Dünya Şəhər Gənclər Şuraları Şəbəkəsinə qoşulub

Gənclər Təşkilatları Milli Şurası BMT-nin Dünya Şəhər Gənclər Şuraları Şəbəkəsinin yaranmasının təşəbbüsünə qoşulub və qurucu üzvlərindən bir kimi fəaliyyətlərində fəal iştirak edəcək. Şəbəkədə Milli Şuranı Baş katib Məryəm Məcidova təmsil edəcək.
Dünya Şəhər Gənclər Şuraları Şəbəkəsi, gənclər şuraları və gənclər üçün məsləhət komitələri, gənclər parlamentləri kimi müxtəlif yerli gənclərin təmsilçiliyi modelləri üçün qlobal bir platformadır. May ayında keçirilən şəbəkənin ilk görüşü konfrans zəngi formatında baş tutub. Konfransda Milli Şuranı Baş katib Məryəm Məcidova təmsil edib.
Görüşdə “Yerli gənclər nümayəndəliyi”, “İqlim dəyişikliyi”, “Hümanitar böhrana gənclərin reaksiyası”, “Mənzil və şəhərləşmə planlaşdırılması”, “Gənclərin Sülh və Təhlükəsizliyi” və digər mövzular müzakirə olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here