RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ 2019.09.06 19:05

Arsen Venger milli komanda çalışdırmaq istəyir

42

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger milli komandada çalışmaq istədiyini bildirib.

Dialoq.info qol.az-a istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis Fransa mətbuatına açıqlamasında milli komanda ilə dünya çempionatında iştirak etmək arzusundə olduğunu deyib:

“2022-ci ildə keçiriləcək dünya çempionatında bir yığmada işlədiyimi xəyal edə bilirəm. Ümid edirəm ki, üç il sonra məni Qətərdə bir komandanın “sükanı arxasında” görə bilərsiz. Nələr olacağını görəcəyik. Hər zaman dünya çempionatında iştirak etmək istəmişəm. Bu, çox fərqli hiss olar”.

Xatırladaq ki, 1996-2018-ci illərdə “Arsenal”ı çalışdıran fransız mütəxəssis 1 ildir işsizdir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı