Artıq kafelər də “3D”-yə keçir

Finlandiyanın  Tampere şəhərinin mərkəzində “3D Crush” adlı kafe açılıb. Adı çəkilən kafenin ziyarətçiləri  “3D” printerin köməyi ilə müxtəlif predmetləri çap edə və ya sadəcə, qurğunun iş prosesini izləyə bilərlər.

Xarici mətbuata istinadən məlumatına görə, əvvəlcə “3D” skaner orijinalı skan edir, bundan sonra printer öz işini görür. Sözügedən qurğunun köməyi ilə telefon üçün çexol və ya  üçölçülü “selfi” çap etmək olar. “3D” çap xidmətinin dəyəri baha deyil.

Qeyd edək ki, bundan  əvvəl başqa ölkələrdə oxşar kafelər açılıb, “3D” çap texnologiyası getdikcə həyatımıza daxil olur. Məsələn, Çində “3D” printerlərin köməyi ilə binalar inşa edilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here