ARTPİ və Qafqaz Universiteti arasında Əməkdaşlığa dair imzalanma mərasimi keçirildi

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu və Qafqaz Universiteti arasında Əməkdaşlığa dair imzalanma mərasimi keçirildi

Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovun  rəhbərliyi ilə  institutun nümayəndə heyəti  Qafqaz Universitetində olub.

ARTPİ-nin direktoru Qulu Novruzov öncə dəvətə görə Universitetin rəhbərliyinə təşəkkürünü  bildirdi. Sonra təhsilin inkişafında müəllim hazırlığının əsas rol oynadığını vurğulayan Qulu Növruzov bu sahədə peşəkar  mütəxəssislərin hazırlanmasının ARTPİ-nin fəaliyyətində vacib istiqamətlərdən biri olduğunu bildirdi. Direktor, həmçinin ARTPİ-nin  yaranma tarixi, məqsədləri, institutda aparılan tədqiqat işləri və onların nəticələri barədə danışdı. Qısa zaman ərzində institutun əldə etdiyi ilk uğurları, Fransa, Dağıstan, Kazaxıstan ilə qurulan əməkdaşlıq haqqında ətraflı məlumat verdi. Çıxışında direktor Qafqaz Universiteti ilə əməkdaşlığa və müxtəlif ölkələrin universitetləri ilə olan birgə layihələrində bərabər fəaliyyətə hazır olduğunu bildirdi.  Bu əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağına əminliyini bildirdi.

Nümayəndə heyətini qarşılayan Qafqaz Universitetinin rektoru  professor Ahmet  Saniç  ARTPİ-nin nümayəndə heyətini universitetin tədris – təcrübə mərkəzləri ilə tanış edti. Rektor sonra Universitetin pedaqoji fakültəsini təkmilləşdirmək  və savadlı  müəllim yetişdirməyin əsas hədəflərindən biri olduğunu vurğuladı. Çıxışında Qafqaz Universitetində gənc pedaqoji kadr  potensialının olduğunu və  onların ARTPİ-də pedaqoji sahədə görülmüş uğurlu təcrübədən istifadə etmələrini istədiyini bildirdi.  Bu məqsədlə qarşılıqlı olaraq  ARTPİ-nin mütəxəsislərinin universitetin imkanlarından istifadə edərək, institutun mütəxəsislərinin dərslərində iştirak etmələrini,  nəticədə belə halda birlikdə tədrisin inkişafına töhvələrini verəcəklərini dedi. Rektor 2014-2015–ci tədris ilində Qafqaz Universitetinin müəllimlik ixtisasını seçən  32 nəfər tələbəsindən   Möhtərəm prezidentimiz İlham Əliyevin göstərişi ilə təsis olunan  “Gələcəyin müəllimi” təqaüdünə layiq görüldüyünü xüsusi olaraq vurğuladı.  Pedaqoji fakültəni bitirən məzunlarının hamısının müəllim olması üçün bu peşənin onlara sevdirməsini istəyirik dedi. Çıxışının sonunda ARTPİ- ilə birgə fəaliiyətdə əməkdaşlığa və bu istiqamətdə də görüləcək işlərin uğurlu olacağını söylədi.

Sonra Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu ilə Qafqaz Universiteti arasında Əməkdaşlıq haqqında Müqavilə imzalandı.

Tədbirin sonunda Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç  hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzova xatirə plaketi və əl işi olan tablo hədiyyə etdi.

DSC_5828 DSC_5838 DSC_5812 DSC_5809

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here