Arzuman Abdulkərimov Mübariz Mənsimovu müdafiə etdi

Son günlər azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovla bağlı mediada zidiyyətli məlumatlar yayıldığı ərəfədə “Hilal” İctimai Birliyinin sədri Arzuman Abdulkərimov facebook profilində status paylaşaraq iş adamı haqqında belə məlumatların yayılmasına etiarzını bildirmişdi:

 

“Mübariz Mənsimovu şəxsən tanımıram. Amma ortaq dostlarımız var. Həmişə ortaq dostlar Mübariz bəy haqqında xoş sözlər danışır. Onu Azərbaycan Dövlətinə bağlı, xeyirxah bir insan kimi xarakterizə edirlər. Öz araşdırmalarım nəticəsində də eyni qənaətə gəldim ki, bu insan müsbət adamdır. Ən azından 18000 tələbənin təhsil almasında birbaşa yardımçı olub. Məncə bu fakt kifayət edər ki, bu insan haqqında müsbət düşünəsən. Amma nədənsə son vaxtlar ictimai rəydə bu şəxs barədə qarayaxma kampaniyası aparılır. Məncə bi işlərə son verərək insanların etdikləri yaxşı əməllər barədə cəmiyyətə məlumat verilsə daha yaxşı olar”.

A.Abdulkərimovla əlaqə saxlayıb iş adamıyla tanışlığı, statusu paylaşmasının səbəbi haqqında fikirlərini öyrəndik. “Hilal” İctimai Birliyinin sədri Dialoq.info-ya bildirib ki, Mübariz Mənsimovla şəxsi tanışlığı yoxdur. “Şəxsi tanışlığım yoxdur. Amma fikrimcə Mübariz bəy haqqında müəyyən bir fikirdə olmaq üçün şəxsi tanışlığın olub-olmaması o qədər də önəmli deyil. Onun gördüyü işlər, insanlara, xüsusən əhalinin aztəminatlı təbəqəsinə etdiyi yardımlar bu iş adamının müsbət fəaliyyəti haqqında insanda ancaq xoş fikirlər formalaşdırır” deyə A.Abdulkərimov əlavə edib. Onun sözlərinə görə Azərbaycandan kənarda böyük bir biznes qurmuş M.Mənsimovun hər addımda Azərbaycanı təbliğ etməsi, tarixi şəxsiyyətlərimizin adını uca tutması, dövlət və dövlətçilik prinsiplərinə sadiq olması yalnız təqdir olunmalıdır: “Bütün bunlar çox müsbətdir. Təəssüf ki, bunun qarşılığında bəzi media qurumları iş adamına qarşı kampaniya aparırlar, onu gözdən salmağa çalışırlar. Mən bütün bunlara etiraz edirəm və hesab edirəm ki, biz bu cür şəxsləri incitməməliyik. Əksinə onların belə fəaliyyətləri daha geniş şəkildə həyata keçirə bilmələri üçün şərait yaratmalı, təşviq etməliyik”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here