Arzuman Adbulkərimov video bloqqerliyə başladı

“Hilal” cəmiyyətinin sədri, ictimai fəal Arzuman Adbulkərimov video bloqqerlik fəaliyyətinə başlayıb. Bu barədə “Yeni Müsavat”a danışan A.Adbulkərimovun sözlərinə görə, yutub sosial şəbəkəsində kanal açıb.

“Cavab vaxtı” adlanan video kanalın feysbuk versiyası da hazırlanır.

Təşkilat sədri bildirib ki, hələlik canlı yayımları öz feysbuk profilindən edir: “Azərbaycanda və ölkəmizdən kənarda olan siyasətçilərlə canlı yayımlar edəcəyik, texniki imkanlar genişlənərsə, filmlər də hazırlanacaq. Eyni zamanda diaspora təmsilçiləri ilə müsahibələr olacaq, xaricdə mühacir statuslu şəxsləri də canlı yayıma cəlb edəcəyik”.

Onun sözlərinə görə, əsas hədəf Azərbaycana qarşı xaricdən təzyiq və qarayaxma kampaniyasının qarşısında olmaqdır: “Xaricdəki söyüş qrupuna qarşı amansız olacağıq. Onlar müxalifət yox, tərbiyəsiz qrupdur. Mən onlara vətənsiz adını qoymuşam. Həmin şəxslər barədə əlimizdə ciddi faktlar və məlumatlar var, ictimaiyyətlə bölüşəcəyik. Bizim məqsədimiz siyasi-sosial islahatları vətəndaşlara çatdırmaqdır. Həmçinin, insanların şikayətlərini, problemlərini, məmur özbaşınalıqlarını da deyəcəyik. Mən canlı yayımda da bildirmişəm ki, cənab prezidentin siyasətini dəstəkləyirəm, təqdir edirəm, islahatları alqışlayıram”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here