“ASAN Akademiya 2017” in bağlanış mərasimi keçirilib

Beynəlxalq Muğam Mərkəzində “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “ASAN Akademiya 2017″ layihəsinin bağlanış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun X Qrant Müsabiqəsinin qalibi Fariz Quliyevin layihəsi “ASAN Akademiya 2017” Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Gilan Holding”-in tərəfdaşlığı və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə baş tutub. Layihəyə ümumilikdə 1001 müraciət olub, cəmi 50 nəfər iştirakçı adını qazanıbdır.

Ümumilikdə təlimlər Natiqlik, Psixologiya, Biznes mühitində idarəetmə, İnnovasiya, Maliyyə kimi 5 proqram modulundan ibarətdir. Hər proqram modulunda 3 təlimçi olmaqla iştirakçılara 30-dan çox fərqli təlimlər tədris olunub. Əlavə olaraq iştirakçılar proqramlara uyğun 10-dək ekskursiyada iştirak ediblər. Tədbirin sonunda Akademiyanı uğurla bitirən iştirakçılar diplomla təltif ediliblər.

Qeyd edək ki, “ASAN Akademiya” layihəsi “ASAN Könüllüləri” Təşkilatı tərəfindən 2014-cü ildən etibarən artıq 4-cü dəfədir ki, həyata keçirilir. Bu günə qədər həyata keçirilmiş 3 “ASAN Akademiya” layihəsinə ümumilikdə 1500-dən çox gənc müraciət edib və onlardan yalnız 150 nəfəri bu layihənin iştirakçısına çevrilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here