RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

ASAN Kitab Klubunun layihəsi başa çatıb

363

“ASAN Könüllüləri” Təşkilatı İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi  və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hərəyə bir kitab bölüşək” adlı  layihəsinin final mərhələsi baş tutub. Ümumilikdə müraciət etmiş 346 nəfərdən 15 iştirakçı layihəyə seçilmiş və onlar arasından 4 nəfər final mərhələsinə keçmişdir. Layihə çərçivəsində iştirakçılar onlara verilmiş müxtəlif kitabların geniş auditoriya qarşısında təqdimatını həyata keçiriblər.

Münsiflər tərəfindən seçilən ən uuğurlu təqdimatçı qiymətli hədiyyə sertifikatla mükafatlandırılıb.

Qeyd edək ki, münsiflər heyətində tanınmış jurnalist, blogger, səyahətçi  Cənab Azər Qəribov, yazıçı, publisist xanım Rəna Yüzbaşı, ASAN Könüllüləri Təşkilatının sədri cənab Fərid Sadıxlı, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq Əlaqələr şöbəsinin sədr müavini Elçin Hüseynov iştirak ediblər.

1 ay davam etmiş layihədə seçilmiş iştirakçılara “Natiqlik”, “Təqdim etmə”, “Debat” “Kütlə qarşısında çıxış” mövzularında müxtəlif təlimlər keçirilmişdir.

Layihənin əsas məqsədi gənclərimiz arasında kitab oxumaq vərdişini aşılamaq və kitab mütaliəsinə maraq yaratmaq, gənclər arasında kitab oxumağı həyat tərzinə çevirməkdir.

unnamed (1) unnamed (2) unnamed

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı