“ASAN” könüllüləri Gəncədə yarışıblar

Azərbaycanda fəaliyyət göstərən 13 “ASAN Xidmət” və 1 “ASAN Konüllülər Təşkilatı” komandası arasında Gəncədə bilik yarısışı təşkil edilib.
ASAN Xidmət, ASAN Könüllülər Təşkilatı və ARB Kəpəz kanalının təşkilatçılığı, ADAU-nun dəstəyi ilə reallaşan intellektual yarış AXC-nin yaranmasının 100 illiyinə həsr olunub.
ARB Kəpəz kanalının çəkiliş pavilyonunda baş tutan intellektual yarış zamanı komandalara Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyət dövrünü əks etdirən suallar təqdim edilib. Komanda üzvləri onlara ünvanlanan suallara cəld və düzgün cavab verməyə çalışaraq, həm öz biliklərini nümayiş etdiriblər, həm də qalib olmağa çalışıblar. İdeya müəllifi və rəhbəri Elnur Şabanzadə olan layihənin məqsədi tariximizi yaşatmaq, tanıtmaq və gələcək nəsillərə çatdırmaqdır.
Qeyd edək ki, intellektual yarışda qalib gələn komandanın adı ARB Kəpəz kanalının efirindən açıqlanacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here