RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

ASAN Könüllüləri “Yay məktəbi”nə başlayır

358

“ASAN Könüllüləri” təşkilatının təşəbbüsü ilə 28-30 avqust tarixində “Yay məktəbi” təşkil olunacaq.

Qax rayonunda keçirilən “Yay Məktəbi”ndə “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən 60-dan çox könüllü iştirak edəcək.  3 gün davam edəcək layihə müddətində müxtəlif təlimlər, idman yarışları, Qax rayonun görməli yerlərinə turlar, həmçinin siyasi və ictimai xadimlərlə görüşlər təşkil olunacaq.

“Yay məktəbi” çərçivəsində könüllülərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Şən və Hazırcavablar Klubu Liqasının rəhbəri Rəşad Əzizovla görüşləri nəzərdə tutulub. Görüşlər zamanı “Mütaliə etmənin əhəmiyyəti”, “Sosial şəbəkələrdən istifadə”,  “Sağlam mənəviyyat”, “Gənclər üçün yaradılmış imkanlardan öz şəxsi inkişafı üçün istifadə” kimi mövzular müzakirə olunacaq.

Əsas mövzusu dəyərlər olan “Yay məktəbi”nin iştirakçıları komandalara bölünərək “ASAN Könüllüsü hansı dəyərləri özündə əks etdirməlidir və bunun üçün Təşkilat olaraq hansı tədbirlər planı həyata keçirmək lazımdır?” sualları ətrafında təqdimatlar hazırlayacaqlar. Hazırlanan təqdimatlar münsiflər tərəfindən qiymətləndiriləcək və qalib komanda müəyyənləşdiriləcək.

Qeyd edək ki, “Yay məktəbi”ndə iştirak edəcək könüllülər  “ASAN Könüllüləri” təşkilatının  loqosunda əks olunan dəyərlərə müvafiq olaraq Vətənpərvəlik, “Varislik”, “Dövlətçilik”, “Şəbəkə”, “Fərqlilik”, “Bərabərlik”, “Vahidlik”, “İnkişaf” adlanan 8 komandaya bölünəcək.

“Yay məktəbi”nin keçirilməsində əsas məqsəd könüllülərin müxtəlif mövzular ətrafında aparılan diskussiyalar zamanı biliklərini artırmaq, gənclərin asudə vaxtlarını səmərəli keçirməsi ilə yanaşı, eyni zamanda, Azərbaycanın qədim tarixi bölgələrindən olan Qaxın tarixi və mədəniyyəti ilə yaxından tanış olmasına şərait yaratmaqdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı