“ASAN Könüllülərinin l Novruz festivalı”

Əziz Könüllülərimiz,

Xalqımızın milli mənəvi dəyərlərini, folklorumuzu, milli varlığımızı özündə əks etdirən Novruz bayramını gəlin birlikdə qeyd edək!

19 mart, saat 19:00-da 1 saylı Bakı “ASAN Xidmət” mərkəzində “ASAN Könüllülərinin l Novruz festivalı” keçiriləcək. Festivalda ASAN Könüllüləri olaraq milli bayramımızı birlikdə qeyd edəcək və əylənəcəyik. Ən əsası isə Könüllülərimiz tərəfindən hazırlanmış xonçaların sərgisi təşkil olunacaq. Sərgiyə “ASAN xidmət” mərkəzləri üzrə hər növbə komanda şəklində bir xonça ilə qatıla biləcək və ən yaxşı xonçanın sahibi olan komanda sonda xüsusi hədiyyə qazanacaqdır.

Bu unudulmaz günü birlikdə qeyd etmək istəyən Könüllüllərimiz hər mərkəz üzrə “ASAN Könüllüləri” Gənclər Təşkilatının məsul nümayəndələrinə müraciət edərək qeydiyyatdan keçə bilər.

Qeyd: Məzun Könüllülərimiz fəaliyyət göstərdikləri “ASAN xidmət” mərkəzi üzrə məsul şəxslərə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here