Çərşənbə axşamı, Oktyabr 23, 2018
Home CƏMİYYƏT “ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb: Dövlət Miqrasiya Xidməti birincidir

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb: Dövlət Miqrasiya Xidməti birincidir

“ASAN xidmət indeksi” üzrə mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (68,98 %) göstərib.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi” üzrə 2017-2018-ci il qiymətləndirmə nəticələrinə dair hesabat tədbiri keçirilib.
Pilot layihə çərçivəsində 30 mərkəzi icra hakimiyyəti orqanının 353 xidməti, Bakı şəhərində fəaliyyət göstərən 13 yerli icra hakimiyyəti orqanının 234 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 47 xidməti daxil olmaqla, ümumilikdə 634 xidmət qiymətləndirilib. Mərkəzi icra hakimiyyəti orqanları sırasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti (68,98 %) göstərib.
Tədbirdə çıxış edən Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli qiymətləndirilmənin keçirilməsində əsas məqsədin dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarçılığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması olduğunu deyib.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə isə çıxışında dövlət xidmətlərinin qiymətləndirilməsi üzrə əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıb. Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here