RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

“ASAN Xidmət” mərkəzlərinin sayı artır

30

Dövlət başçısının Sərəncamı ilə Kürdəmir rayonunda “ASAN Xidmət” Mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə dövlət büdcəsindən 20 145 000 (iyirmi milyon yüz qırx beş min) manat ayrılıb

Bu gün ölkəmizdə aparılan islahatlar, reallaşan layihələr insanların sosial məişətinin və həyatının firəvanlığına yönəlib. Milyonlarla insanın müraciət etdiyi “ASAN Xidmət”də, məhz bürokratiyasız, korrupsiyasız rahat xidmətlər həyata keçirilir. “ASAN Xidmət” mərkəzlərində vətəndaşlara operativlik, şəffaflıq və məsuliyyət prinsipləri əsasında müasir tələblərə cavab verən xidmətlərin göstərilməsi sayəsində yüksək vətəndaş məmnunluğuna nail olunub. Ölkə əhalisinin dövlət xidmətlərini və özəl xidmətləri vahid məkanda əldə etməsinin daha da genişləndirilməsi və xidmət şəbəkəsinin bütün respublika ərazisini əhatə etməsi məqsədilə bu günədək paytaxtda, eləcə də digər şəhər və rayonlarda on beş “ASAN Xidmət” Mərkəzi yaradılıb. Onlardan 5-i paytaxt Bakı şəhərində, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 səyyar “ASAN Xidmət” avtobusu və səyyar “ASAN Qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.
Bu gün ölkəmizdə mərkəzlərin sayı artmaqdadır. 2019-cu ilin sonunadək daha beş mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub. Gündəlik müraciət sayı 30 minə yaxın olan “ASAN Xidmət” mərkəzlərində indiyədək 29 milyondan çox müraciət qəbul edilib.
Bu sahədə işlərin davam etdirilməsinin əhəmiyyətini, habelə, “ASAN Xidmət” mərkəzlərinə müraciətlərin sayının artması ilə bağlı yeni “ASAN Xidmət” mərkəzlərinin yaradılmasının zəruriliyi meydana çıxır. Cənab Prezidentin Kürdəmir rayonunda “ASAN Xidmət” Mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında 20 may tarixli Sərəncamı bu sahədə görülən işlərin davamıdır. Sərəncama əsasən, Kürdəmir rayonunda “ASAN Xidmət” Mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.25.1-ci yarımbəndində göstərilmiş məbləğin 20 145 000 (iyirmi milyon yüz qırx beş min) manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.
Həyata keçirilən islahatlar, layihələr nəticəsində, ölkəmizdə bütün sahələrdə uğurlar və yeniliklər əldə edilir. Görülən işlərə Azərbaycanın, bütövlükdə, dinamik inkişafı imkan verir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı