CƏMİYYƏT 2020.02.14 17:37

Asim Mollazadənin də nəticələri ləğv edilir – Şok

1.6K

Mərkəzi Seçki Komissiyasında (MSK) növbədənkənar parlament seçkiləri ilə bağlı quruma ünvanlanan şikayətlərin araşdırılması davam edir.

Sabah Komissiyanın növbəti iclası keçiriləcək və bəzi dairələr haqqında yekun qərar veriləcək.

Müzakirəyə çıxarılacaq dairələrdən biri də Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin qalib elan olunduğu 22 saylı Nəsimi ikinci seçki dairəsidir.

Məlumata görə, millət vəkilliyinə rəqib namizəd Müsavat partiyasının lideri İsa Qəmbərin oğlu Turqut Qəmbər MSK-ya qayda pozuntuları ilə bağlı çoxsaylı videomateriallar təqdim edib. Şikayətə sabah baxılacaq.

Bakupost

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı