Asim Vəliyev: “2012-ci ildə “Gənclərin Töhfəsi” İctimai Birliyi “İlin ən yaxşı Qeyri-hökümət təşkilatı – Yaxşıların yaxşısı 2012” mükafatına layiq görülmüşdür”

  • Gənclərin Töhfəsi İctimai Birliyinin fəaliyyəti boyunca gördüyü ən önəmli işlər nədən ibarətdir?
  • Məlumat üçün bildirək yarandığı zamandan üzü bəri əsasən gənclər arasında milli-mənəvi dəyərlərimizin, vətənpərvərlik ruhunun yüksəldiməsinin, ideoloji prinsiplərimizin təbliği və sağlam həyat tərzinin formalaşdırılması istiqamətində fəaliyyət göstərən “Gənclərin Töhfəsi” İctimai Birliyi indiyədək onlarla tədbirin təşkilatçısı olmuşdur. Birlik 22 dekabr 2010-cu ildə Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olan gənclərin asudə vaxtnın səmrəli təşkili, hərbi vətənpərvərlik düşərgələrinin yüksək səviyyədə hazırlanmasında göstərdiyi xidmətlərə görə “Yaxşıların yaxşısı – 2010” mükafatına layiq görülmüşdür. 20 dekabr 2012-ci ildə “Gənclərin Töhfəsi” İctimai Birliyi “İlin ən yaxşı Qeyri-hökümət təşkilatı – Yaxşıların yaxşısı 2012” mükafatına layiq görülmüşdür. Biz 2010-2014-cü illər arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdır!” devizi altında 8 hərbi vətənpərvərlik düşərgəsi təşkil etmişik. Məqsəd çağrışyaşlı və hərbi xidmətdə olmayan gəncləri hərbiyə adaptasiya etməkdən ibarət olub. İcrasına 2010-cu ildən başladığımız “Gerçəyin özü” adlı layihə çərçivəsində erməni millətçilərinin iç üzünü ifşa etmək məqsədilə elmi-praktik konfranslar, Quba soyqırım məzarlığına ziyarətlər və erməni vəhşiliklərini əks etdirən fotolarda ibarət sərgilər təşkil edirik. “Tariximizə səyahət” layihəsi çərçivəsində gənclərimizə milli-mədəni irsimizi təbliğ etmək məqsədilə tarixi abidələrimizə ekskursiyalar təşkil edirik. Bundan əlavə olaraq birliyin Səhiyyə departamentinin təşkilatçılığı hər il talassemiyalı uşaqlar üçün qanvermə aksiyaları təşkil etmişik. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında qan donorluğu könüllülüyünün təbliği” layihəsini icra etmişik. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə “Məni axtarın” adlı girov götürülmüş uşaqlara həsr olunan sənədli film çəkmişik. Regionlarda Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində “İctimai yerlərdə əyani vasitələrlə dövlət rəmzlərinin təbliği işi” layihəsini icra etmişik. Layihə çərçivəsində gənclər arasında dövlət rəmzlərimizin təbliğinə dəstək olmaq məqsədilə “Mənim qüdrətli dövlətim” adlı kitab və maarifləndirici bukletlər nəşr edilərək region gəncləri arasında paylanılıb. Birlik Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan təsviri sənətinin inkişafına töhfə vermək məqsədilə “Azərbaycan milli təsviri sənəti gəncliyə örnək” adlı layihə çərçivəsində silsilə tədbirlər keçirilmiş və eyni adlı rəngli kitab çap edilərək paylanmışdır. Birlik Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erkən nigah qədərin olmasın!” və “Qadınlara qarşı gender əsaslı zorakılıq gənclərin gözü ilə” adlı layihələr çərçivəsində Azərbaycanın 12 rayonunda maarifləndirici tədbirlər keçirmiş və bir çox maarifləndirici vəsait nəşr edilərək paylanmışdır. Birliyimiz əhali arasında qida təhlükəsziliyini təmin etmək və onları GDO-lu məhsullar barəsində maarifləndirmə məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycanın şimal və cənub regionunda “Gənclər Qida Terroruna Yox deyir” və “Gələcəyimizi Geni Dəyişdirilmiş Orqanizmli məhsullardan qoruyaq” adlı layihə çərçivəsində 10 rayonda Qida təhlükəsizliyi və Geni Dəyişdirilmiş Orqanizmlər barəsində maarifləndirici tədbirlər keçirərək, minlərlə bukletlər və kitablar nəşr edərək paylamışıq. Halhazırda fəaliyyətimizi bu istiqamətdə qurmuşuq.
  • GMO mövzusunda keçirdiyiniz tədbirlərin nə kimi nəticəsi oldu?
  • Bildiyiniz kimi bugün dünya əhalisi sağlamlığını və gələcəyini təhdid edən GDO problemi ilə üzüzədir. Qlobal güclər GDO-lu məhsulların hazırlanıb bazara çıxarılmasıyla dünyada mövcud acılıq probleminin qarşısını alacaqlarını iddia edirlər. Və bu iddialarını doğrulamaq üçün də bir çox akademikləri satın alaraq öz iddialarına elmi don geyindirmək istəyirlər. Nə yazıq ki, bu problemlə Azərbaycan da qarşı qarşıyadır. GDO-lu məhsulların ölkəyə idxalı rəsmi qadağan edilsə belə nə yazıq ki, birçox məmurlarımızın etinasızlığı, məsuliyyətsizliyi və laqeydliyi ucbatından ölkəmizdə GDO-lu məhsullar əlini qolunu sallayaraq daxil olub. Əgər genefondumuzu təhdid edən bu kimi məhsulların istehlakının, idxalının qarşısı yaxın zamanda alınmasa sağlam gələcək deyə bir şey qalmayacaq. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı məsələsini özünün iqtisadi strategiyasının əsas komponenti kimi daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə xüsusi dövlət tədbirləri həyata keçirir. Prezident İlham Əliyevin «Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 2017-ci il 10 fevral tarixli Fərmanı bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Biz də vətəndaş cəmiyyəti inistitutu olaraq bu istiqamətdə ölkə başçısına dəstək vermək və ölkə əhalisini maarifləndirmək məqsədilə bir sıra tədbirlər görməyi qarşımıza məqsəd qoymuşuq. Yuxarıda da qeyd etdiyim ki artıq 10-dan çox rayonda maarifləndirici tədbirlər həyata keçirmişik. Qida təhlükəsizliyi və GDO-nun zərərləri barəsində yaxın günlərdə hazırladığımız araşdırma kitab işıq üzü görəcək. Eyni zamanda keçdiyimiz ay “Gənclərin Töhfəsi” İctimai Birliyi, “Müasir İnkişaf” İctimai Birliyi və “Gənclərə Qayğı” İctimai Birliyinin birgə təşəbbüsü ilə “Qida təhülkəsizliyinin ictimai monitorinq qrupu” təsis edildi. Yaxın günlərdə işçi qrupunun tərkibi mətbuata bildiriləcək. Artıq bu işçi qrupunda daha bir fəal ictimai birlik olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi də təmsil olunacaq. Bu işə mən bütün vətəndaş cəmiyyəti inistitutlarını, media qurumlarını səfərbər olmağa səsləyirəm.
  • Hazırda QHT-lərin bu istiqamətində gördüyü işlər sizləri qane edirmi?
  • Hal-hazırda QHT-lərin bu istiqamətdə fəaliyyəti nəzərə çarpmayacaq qədər azdır. Bildiyim qədəriylə bu istiqamətdə Azad İstehlakçılar Birliyi, “Müasir İnkişaf” İctimai Birliyi, “Gənc Vətənpərvərlər Birliyi” İctimai Birliyi bir sıra tədbirlər həyata keçirib. Lakin bu qənaətbəxş hesab edilə bilməz. Mən hətta deyərdim bu qlobal problemlərlə bütün vətəndaş inistitutları səfərbər olaraq mübarizə aparmalıdır.
  • QHT-lər tərəfindən bununla bağlı daha hansı işlərin görülməsini istərdiniz?
  • Mən təklif edirəm ki,yenicə təsis edilmiş “Qida təhülkəsizliyinin ictimai monitorinq qrupu” daha geniş tərkibdə təmsil olunsun və bir çox QHT-lər fəaliyyət istiqamətindən asılı olmayaraq bu işə dəstək olsunlar. Çünki bu problem qlobal problemdir, hər bir vətəndaşı yaxından narahat edən və təhdid edən bir probemdir. Çünki qida təhlükəsizliyi təmin olunması sağlam gələcəyimizin təminatıdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here