Aşıq Ədalətin yubileyi keçirilib

Azərbaycan Dövlət Filarmoniyasında ustad aşıq, Əməkdar İncəsənət xadimi Ədalət Nəsibovun anadan olmasının 80 illiyi qeyd olunub. SİA-nın məlumatına görə, Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə AAB-in sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açıb.

O, Ədalət Nəsibovun keçdiyi ömür və sənət yolundan söz açıb, onun Azərbaycan aşıq sənətindəki xidmətlərindən, xüsusilə də solo saz ifaçlığında müstəsna xidmətlərindən danışıb.

Tədbirdə Xalq şairi Nəriman Həsənzadə, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal ustad aşıq Ədalət Nəsibovla bağlı xatirələrini bölüşüblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here