Asiya İnkişaf Bankı Gürcüstandan Azərbaycana gələn əsas magistralın təmirinə 119 milyon GEL vəsait ayırıb

Gürcüstandan Azərbaycana gələn əsas magistral yolunun Tbilisi-Rustavi hissəsinin tikintisi üçün maliyyə vəsaiti tapılıb.

Asiya İnkişaf Bankı bu yolun tikintisi üçün 119 milyon GEL (təqribən 46,2 milyon dollar) həcmində kredit ayırıb.

Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyələrin İnkişaf Fondundan məlumat verilib.

Hazırda bu yolun ikinci hissəsində tikinti işləri davam edir. Bu hissənin ümumi uzunluğu 800 metrdir. Üç hissəyə bölünmüş yeni avtomagistralın ümumi uzunluğu isə 17,4 kilometrdir. Magistralın 1-ci və 3-cü hissələrinin tikintisi 2014-cü ildə başlanılıb və 2016-cı ildə başa çatdırılıb.

Fonddan bildiriblər ki, Gürcüstanı Azərbaycan ilə birləşdirən Tbilisi-Rustavi yolunun tikintisinin başa çatdırılması bu magistralda yol hərəkətinin təhlükəsizliyi və rahatlığına zəmin yaradacaq.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here