RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Aslan İsmayılov qaziləri təhqir etdi

578

Hüquqşunas Aslan İsmayılovun bir müddət bundan əvvəl facebook səhifəsindən Azərbaycan və Gürcüstanın kənd yollarını müqayisə edən paylaşımında ölkəmizə qarşı qərəzə yol verməsi narazılıq doğurub.

Hilal təşkilatının sədri, ictimai fəal Arzuman Abdulkərimov Cavab Vaxtı youtube kanalından bununla bağlı maraqlı videomüraciət paylaşıb:

Arzuman Abdulkərimov videomüraciətdə səsləndirdiyi fikirlər və gətirdiyi arqumentlərlə Aslan İsmayılovu çətin vəziyyətə salıb. Aslan İsmayılov buna qarşılıq olaraq videonu səhifəsində paylaşmaqla müəllifi öz trollarına söydürüb, təhqir etdirib. Lakin az sonra o, Arzuman Abdulkərimovu dəstəkləyən insanların müqaviməti ilə üzləşib.

Yazılan şərhlərə cavab verə bilməyən Aslan İsmayılov ziyalıya, hüquqşunasa yaraşmayan cavab yazıb. Belə ki, o, hər kəsin Qazaxlı Alik kimi tanıdığı, Ermənistanla gedən müharibədə qəhrəmancasına döyüşmüş Alik Muradovu və döyüş dostlarını nəzərə almaqla onu təhqir edib.

Alik Muradovun oğlu, Milli Fədailər təşkilatının qurucusu Fuad Muradovun şərhinə cavab olaraq “elə qoçaqsınız gedin Qarabağı alın. Meyid alveri ilə məşğul olanlardan qəhrəman olmaz” yazması gərginlik yaradıb.

Bununla da Aslan İsmayılov Qarabağ üçün sağlamlığından keçmiş, hamının yaxşı tanıdığı Qazimiz Qazaxlı Aliki qurşaqdan aşağı vurmaqla təhqir edib. Hər zaman haqdan-ədalətdən, Vətəndən, millətdən, dövlətdən, vətənpərvərlikdən dəm vuran birisinin bir Qazini təhqir etməsi biabırçılıqdır. Bax budur “Aslan İsmayılov ədaləti”, budur “Aslan İsmayılov vətənpərvərliyi”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı