RESPONSIVE LEADERBOARD AD AREA
MÜSAHİBƏ 2019.09.27 15:12

Aslan İsmayılova ayıb olsun!- Müsavatdan “mafiozların vəkili”nə kəskin cavab

54

Mustafa Hacıbəyli: “Aslan İsmayılovu hər kəs “mafioz”ların vəkili kimi tanıyır”

Dialoq.info Müsavat Partiyasının Məclis üzvü Musatafa Hacıbəylinin AzNews.az-a müsahibəsini təqdim edir:

– Mustafa bəy, Aslan İsmayılov mərhum Vurğun Əyyubun ölümündə Müsavat Partiyasının başqanı Arif Hacılını suçlayıb. O, sosial şəbəkədə “Vurğun Əyyubun rəhmətə getməsindən sonra yazılanlar, baş verənlər neçə gündür mənə rahatlıq vermir. 1 il təmsil olunduqları hakimiyyətin süqutundan sonra 27 ildir özlərinin ən böyük uğurları kimi təqdim etdikləri sahəyə rəhbərlik etmiş, Müsavat partiyasının yaradıcılarından olmuş bir şəxsi partiyadan qovub onu çərlədənlərin Vurğunun dəfninin önündə olmaları və bu gün də Öndər, Başqan olaraq qalmaları çox mətləbdən xəbər verir”,-deyə Arif Hacılını Vurğun Əyyubu çərlədib öldürməkdə günahlandırır. Bununla bağlı nə deyə bilərsiniz?

– Sosial şəbəkədən də göründüyü kimi son vaxtlar Aslan İsmayılov hər kəsin ünvanına ittihamlar səsləndirir, hər kəsin bostanına daş atır. Ölkədə nə baş verirsə, Aslan İsmayılov həm də Müsavat Partiyasını hədəfə alır. Onun bu açıqlaması da təəccüblü deyil. İndi də bu mövzu. Guya Vurğun Əyyubun dərdinə qalan olmusunuz? Adama sual verərlər ki, sənə aid olmayan mövzulara sən niyə qarışırsan? Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyubov iki gün əvvəl sosial şəbəkədə məhz bu məsələyə münasibət bildirib. O deyib ki, Vurğun Əyyubun ölümündən heç kim öz məqsədləri üçün istifadə etməsin. Birmənalı şəkildə qeyd edib ki, Vurğun Əyyub ölümündən əvvəl Müsavat Partiyasının rəhbərliyinə qarşı heç vaxt düşmən münasibətdə olmayıb. Aslan İsmayılov utansın bir az. Ayıbdır! Heç olmasa bircə dəfə Müsavat əleyhinə danışmaq fürsətini buraxsın. Bu qədər də olmaz, çox pis görsənir. Aslan İsmayılov özü haqqında düşünsün. Aslan İsmayılovu hər kəs “mafiozların vəkili” kimi tanıyır. Onun haqqında cəmiyyətdə belə bir fikir formalaşıb – “mafioz”ların vəkili. Bu “mafioz” uzun müddət Azərbaycanın pullarını yeyən adamlara vəkillik edib. Hökümətlə işi alınmayıb, adını “müstəqil vəkil” qoymuşdu.

– Mustafa bəy, Aslan İsmayılov Müsavat Partiyasının rəhbərliyinə qarşı sosial şəbəkədə etdiyi ittihamı məhz Vurğun Əyyubun ölümündən sonra yazdı?

– Müsavat Partiyasının rəhbərliyi bu məsələdə genişürəklilik nümayiş etdirdi, baxmayaraq ki, siyasi fikir ayrılıqları vardı. Amma yenə də Müsavat Partiyasının rəhbərliyi Vurğun Əyyubun dəfnində iştirak elədi. Düşünürəm ki, əgər rəhbərlik vida mərasiminə getməsəydi, daha böyük tənqidlərlə üzləşərdi. Amma mərasimdə iştirak etdikləri halda, bu cür tənqid olunmaları da artıq mənəviyyatsızlıqdır. Müsavat partiyası belə məsələlərə siyasi baxımdan deyil, insani münasibətlər baxımından yanaşıb. Vurğun Əyyubun səhhətində problem olan dövrdə də Müsavat rəhbərliyi məsələni diqqətdə saxlayıb. Vurğun Əyyubun ölümündən istifadə edib, kimisə gözdən salmaq üçün təbliğat aparmağa ehtiyac yoxdur. Sadəcə, Aslan İsmayılova ayib olsun!

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı