Aşqabadda “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə həsr olunmuş media-forum keçirilir

Türkmənistanın paytaxtı Aşqabadda “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə həsr olunmuş media-forum keçirilir.

Media-forumda bir sıra ölkələrin informasiya agentliklərinin, qəzet, jurnal və internet portallarının nümayəndələri, televiziya kanallarının əməkdaşları və idmançılar iştirak edirlər.

Kütləvi informasiya vasitələrinin və sözügedən sahə nümayəndələrinin bir araya gəldiyi “Amul-Xəzər 2018” media-forumu Aşqabad “İdman” Olimpiya Şəhərciyində keçirilir.

Forumda Türkmənistan Milli Olimpiya Komitəsinin baş katibi Azat Muradov, “Africa Eco Race” avtorallisinin baş direktoru Jan Lui Şleser və başqaları da iştirak edir.

“Amul- Xəzər 2018” avtoralli yarışları sentyabrın 11-dən 15-dək Amul-Xəzər marşrutu üzrə keçiriləcək.

Qeyd edək ki, ölkə başçısı Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə 2018-ci il “Böyük İpək yolu ili” elan edilib. Yarışların Amurdəryada keçirilməsi də qədim İpək yolu karvanlarının məkanı olaraq seçilib.

Amudərya sahillərindən qərbə – Xəzər dənizinə doğru uzanan yarış trasının ümumi uzunluğu 1158 kilometrdir. Marşrutun əsas hissəsi Qaraqum səhrasındakı qumluq ərazidən keçəcək. Yarışa 3 kateqoriyada – minik, yük avtomobilləri və kvadrosikllər buraxılacaq.

80 komandanın iştirak edəcəyi yarışa ölkə başçısının da qatılacağı gözlənilir.

“Amul-Xəzər 2018” beynəlxalq avtorallisinin təşkili idmanın bu növünün geniş təbliği və Türkmənistanın irimiqyaslı yarış və turnirlərin keçirilməsinə qadir olan ölkə kimi nüfuzunun artmasına kömək edəcək.

Forumda “Amul-Xəzər 2018” beynəlxalq avtorallisinə həsr olunan video-çarxın təqdimatı da keçirilib.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here