Aşqarlar Kimyası İnstitutunun professoruna yüksək etimad

Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun “Zərif üzvi sintez” laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, professor Sabir Məmmədov “Science Journal of Chemistry” jurnalının Redaksiya Heyətinə daxil edilib.
S.Məmmədov üzvi kimya sahəsində görkəmli alim olmaqla, fizioloji fəal maddələrin sintezi ilə bağlı yüksək nailiyyətlər əldə edib. Apardığı elmi araşdırmaların mühüm elmi və təcrübi nəticələri “Tomson Reuters” Agentliyinin Elmi İnformasiya İnstitutunun Web of Knowledge axtarış sistemində referatlaşdırılmış yüksək resenziyalı xarici jurnallarda çap edilib.
Yuxarıda adı çəkilən jurnal professor S.Məmmədovun ora mütəmadi olaraq tədqim etdiyi məqalələrdə əks olunan elmi tədqiqatların, yüksək elmi səviyyəsini nəzərə alaraq onu Jurnalın Redaksiya Heyətina daxil edilməsi təklifi ilə rəsmi müraciət edib və təklif qəbul olunub.
Bu təklifi Azərbaycan elminin nailiyyəti və dünya elminə inteqrasiyasının göstəricisi hesab etmək olar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here