“Astana” futbol klubu ardıcıl dördüncü dəfə Qazaxıstan çempionu olub

Bu gün futbol üzrə Qazaxıstan Premyer Liqasının yekun turunda ölkə çempionu müəyyən edilib.

“Astana” öz meydanında “Akjayık”ı 2:0 hesabı ilə məğlub edərək xallarının sayını 79-a çatdırıb və ardıcıl dördüncü dəfə ölkə çempionu olub.

Çempionatda ikinci yeri “Kayrat” (78), üçüncü yeri isə “Ordabası” (58) tutub.

“Astana” klubu 2009-cu ildə təsis edilib.

“Report”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here