Astanada I Azərbaycan-Qazaxıstan turizm forumu keçiriləcək

Qazaxıstanın paytaxtı Astana şəhərində iyunun 28-də I Azərbaycan-Qazaxıstan turizm forumu keçiriləcək.

Azərbaycanın Qazaxıstandakı səfirliyi, Qazaxıstanda fəaliyyət göstərən Azərbaycanlı Sahibkarlar İttifaqının dəstəyi ilə keçirilən forumda Azərbaycan və Qazaxıstan turizm potensialının təqdimatı, turoperatorların, turizm şirkətlərinin nümayəndələrinin işgüzar görüşləri, turizm agentlikləri üçün işçi platforma, iştirakçılar üçün “B2B” (üzbəüz) görüşlər təşkil ediləcək.

Forumun keçirilməsində əsas məqsəd hər iki ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin təşkil etdikləri müalicə və istirahət mərkəzlərinə turların təbliği və turistlərin cəlb edilməsidir.

AZƏRTAC