Astara-Rəşt dəmir yolunun tikintisi “Şimal-Cənub” layihəsinin cəlbediciliyini artıracaq

Astara-Rəşt dəmir yolunun tikintisi “Şimal-Cənub” layihəsinin cəlbediciliyini artırmağa kömək edəcək.

Bunu “RJD Logistika” şirkətinin baş direktorunun birinci müavini Eduard Alırzayev deyib.

E.Alırzayev bildirib: “Yəqin ki, “Şimal-Cənub” layihəsinin qarşısında dayanan əsas maneə Astara-Rəşt dəmir yolu sahəsidir. Burada yükləri dəmiryolu nəqliyyatından avtomobil nəqliyyatına keçirmək lazım gəlir. Bu isə daşınma müddətinin artmasına və nəql olunan yüklərin nomenklaturasının azalmasına gətirib çıxarır”.

E.Alırzayevin sözlərinə görə, həmin sahənin istifadəyə verilməsi layihənin inkişafında müsbət rol oynayacaq:

“Daşınmaların müddətini və dəyərini azaltmaq mümkün olacaq. Sirr deyil ki, quru yolla yük daşımaları dəniz daşımalarından baha başa gəlir. Bununla belə, prioritet malların çatdırılma müddətidir. “Şimal-Cənub” layihəsi tam gücü ilə işə düşdükdən sonra yük daşıyıcıları bu marşrutun dəniz daşımalarından üstünlüyünü görəcəklər”.

Trend

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here