RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Astara, Salyan, Ağcabədi və Lənkəran rayonlarında əmək yarmarkaları keçiriləcək

393

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu həftə Astara, Salyan, Ağcabədi və Lənkəran rayonlarında əmək yarmarkaları keçirəcək

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti respublikamızın bölgələrində işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkalarını davam etdirir.
Xidmət tərəfindən bu həftə daha 4 rayonda, o cümlədənsentyabrın 17-də Astara, Salyan və Ağcabədi rayonlarında, sentyabrın 18-də isə Lənkəran rayonunda Əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. İşəgötürənlərin nümayəndələrinin də iştirak edəcəyi tədbirlər zamanı həmin rayonlar üzrə fəaliyyət göstərən müəssisələrdən boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Həmçinin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı və əlavə təhsil kurslarına, eləcə də ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılacaq.
Cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən ölkəmizin bölgələrində 38 Əmək yarmarkası keçirilib. Bu aktiv məşğulluq tədbirlərində ümumilikdə 2858 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 257 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 162 nəfər ödənişli ictimai işlərə cəlb olunmaq üçün qeydiyyata alınıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı