Astarada İcra başçısı səyyar qəbul və görüş keçirib

Astara Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev mütəmadi olaraq rayonun şəhər, qəsəbə və kəndlərində əhali ilə görüşür, problemləri və onları narahat edən məsələlərlə yaxından tanış olur, həlli üçün tapşırıqlar verərək icrasını nəzarətə götürür. SİA-nın məlumatına görə, Ərçivan qəsəbə sakinləri ilə keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər. İcra başçısı bildirib ki, ərazilərdə əhali ilə səyyar qəbulların keçirilməsi ümumi işimizə böyük fayda verir. Hər görüşdə tərəfinizdən qaldırılan problemlər təhlil edilərək həlli yolları axtaraılır, aradan qaldırılması üçün tədbirlər həyata keçirilir. Elə son illər qəsəbənizdə görülən çoxsaylı abadlıq işləri də görüşlərdə verdiyiniz təkliflər əsasında görülüb.

Ərçivan bələdiyyəsinin sədri İradə Rzayeva əvvəlki səyyar qəbuldan sonra vətəndaşların müraciətləri əsasında həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Qəsəbə sakinlərindən Mirzağa Baxşıyev, Xanlar Əliyev, Əlihəsən Baxşıyev, Səadət Məmmədov, Əhməd Həsənov və başqaları çıxış edərək Respublika Prezidentinin son iki ayda əhalinin sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar imzaladığı sərəncamlar, qəbul edilən qərarlardan ürəkdolusu danışaraq bunun ölkə başçısının vətəndaşlarına sonsuz diqqət və qayğının əyani sübutu olduğunu bildiriblər. Bu qayğı və diqqətə görə möhtərəm Prezidentə minnətdarlıq ifadə edilib.

Çıxış edənlər qəsəbədə görülən işlərlə yanaşı onları narahat edən problemlər – Ərçivan çayının yatağının qazılması və təmizlənməsi, qəsəbədən keçən magistral avtomobil yolunun, qəsəbə həkim məntəqəsinin və 2 saylı məktəbin birinci mərtəbəsinin təmiri, sərnişin dayanacaqlarının quraşdırılması, qəsəbəyə içməli su xəttinin çəkilməsi, qəsəbənin ayrı-ayrı yerlərində zibil qutularının yerləşdirilməsi, köhnəlmiş telefon rabitə dirəklərinin dəyişdirilməsi və digər məsələlər barədə təkliflər veriblər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlar tərəfindən verilən təkliflərə münasibət bildirərək, qaldırılan əksər məsələlərin qısa vaxt ərzində həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

İcra başçısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin məqsədyönlü siyasəti ilə respublikamızın son illərdə qazandığı nailiyyətlərin sevindirici olduğunu, ölkəmizin gündən-günə artan uğurları ilə regionun aparıcı dövlətinə çevrildiyini diqqətə çatdırıb.

İcra başçısı Respublikamızın hər yerində olduğu kimi, rayonda da tikinti-quruculuq sahəsində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini bildirib. Qəsəbə sakinlərinin müraciəti əsasında ara yollar asfaltlaşdırılmış, qaz xətləri, elektrik xətt təsərrüfatı yenilənmiş, yeni transformatorlar quraşdırılmış, kanallar təmizlənmiş, magistral yol boyu küçə işıqları təmir olunmuş, ərazidəki məktəblərə, mədəniyyət evlərinə və körpələr evi-uşaq bağçasına gedən yollar asfaltlaşdırılıb.

İcra başçısı daha sonra əlavə eib ki, qəsəbədə gözəl Boks Mərkəzi inşa edilib. Hazırda həmin mərkəzdə müxtəlif yarışlar keçirilməklə gənclərin asudə vaxtlarının səmərəli təşkili həyata keçirilir. Burada məşğul olan gənclərimizin respublika və beynəlxalq yarışlarda uğurla çıxış etmələri bizi çox sevindirir. Möhtərəm Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə əlaqədar qəbul etdiyi qərarlar rayonumuzda, eyni zamanda Ərçivan qəsəbəsində insanların torpağa qayıdışında hiss olunur. Son illər əkin sahələrinin xeyli genişləndirilməsi buna sübutdur. Lakin qəsəbə ərazisində torpaqlardan daha səmərəli istifadə edilməsi üçün bütün qüvvələr səfərbərliyə alınmalı, sitrusçuluq və çəltikçiliyin inkişafını artırmaq lazımdır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here