RESPONSIVE LEADERBOARD AD AREA
MÜSAHİBƏ 2019.09.10 12:24

“Aşura mərasimləri uşaqların psixologiyasına mənfi təsir edir” – Komitə rəsmisi

55

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura günündə əzadarlıq mərasimlərinə azyaşlıların cəlb edilməsinə münasibət bildirib.

Komitənin Dinşünaslıq ekspertizası üzrə şöbəsinin müdiri Nahid Məmmədov “Real TV”yə müsahibəsində bildirib ki, təmsil etdiyi qurum azyaşlıların bu və ya digər şəkildə bu kimi məclislərdə təsir altına düşmələrinin tərəfdarı deyil:“Aşura mərasimləri özünün ağırlığı, özünəməxsus təsirləri ilə seçilir. Uşaqların psixologiyasına mənfi təsir edəcəyini düşünərək onların sağlam böyüməsi üçün bu mərasimlərdə iştirakının tərəfdarı deyilik və bunu məsləhət görmürük. Burada valideynlərin də üzərinə böyük iş düşür. Bəzən valideynlər də uşaqların iştirakını təhrik edirlər. Adətən biz deyəndə ki, bu uşaqların psixologiyasına ziddir. Bunu başqa cürə başa düşürlər.

Hər bir valideyn öz inancına uyğun olaraq övladını tərbiyə etmək haqqına sahibdir. Lakin bu uşaqaları təhsildən yayındıraraq Aşura mərasimlərinə cəlb edilməsi onun təhsil almaq hüququnun pozulması demədkir. Bu il tətilə düşsə də, bundan əvvəl təhsil zamanına düşürdü”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı