RESPONSIVE LEADERBOARD AD AREA
SAĞLAMLIQ 2019.09.06 14:50

Aşurada 33 yerdə qanvermə aksiyası keçiriləcək

27

Bu il Məhərrəmlik ayında Aşura günü münasibətilə 25 şəhər və rayonda 33 yerdə qanvermə aksiyası keçiriləcək.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, aksiyalar 25 məscid və ziyarətgahda, 8 səhiyyə müəssisəsində təşkil olunacaq. Bakıda 8 rayon üzrə 15 yerdə qanvermə aksiyası keçiriləcək.

Onun 13-ü məscid və ziyarətgahlar, 2-si səhiyyə müəssisələridir. Bu il qanvermə aksiyalarının keçiriləcəyi yerlərin sayı ötən il ilə müqayisədə artıb.

Belə ki, ötən il 24 rayon və şəhər üzrə 28 yerdə qanvermə aksiyası keçirilmişdi.

Trend qanvermə aksiyalarının keçiriləcəyi yerlərin siyahısını təqdim edir:

Xatırladaq ki, sentyabrın 1-dən Məhərrəm ayı başlayıb, sentyabrın 10-da Aşura günü qeyd ediləcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı