RESPONSIVE LEADERBOARD AD AREA
İQTİSADİYYAT 2019.10.07 18:38

“Atabank” çökür

75

“Atabank” artıq iflas mərhələsindədir. Xatırladaq ki, bankın vəziyyətinin yaxşı olmadığı barədə haqqın.az bir müddət bundan əvvəl yazmışdı .

Ancaq təəssüf ki, nə tənzimləyici, nə də bank özü bunu qəbul etmək istəmir. Onların sözlərinə görə, ölkədə banklarla vəziyyət ümumiyyətlə normaldır, onların iflas etməsi və lisenziyasının ləğvi barədə danışmaq hələ tezdir. Beynəlxalq qurumların dəfələrlə xəbərdarlıq etməsi fonunda (konkret bankların adını çəkilmir, aralarında Atabankın olduğu aydın görünür) bu mümkünsüz görünür.

Lakin bu gün səhər bankın artıq tamamilə çökməsi barədə məlumatlar yayılmağa başladı, insanlar banka əmanət qoyan dost-tanışına zəng edərək, qoyulan əmanətləri mümkün qədər tez bir zamanda geri götürmələri haqda xəbərdarlıq ediblər. Bəlkə də bu artıq gecdir. Bankın əmanətçiləri təşvişə düşüblər, redaksiyaya (haqqın.az-ın redaksiyasında- red.) narahat çağırışlar daxil olur, sanki biz nəyəsə kömək edə bilərik. Biz artıq buna öyrəşmişik, insanlar ümidlərini itirəndə haqqin.az-a müraciət edirlər.

Bəs, onlara nə cavab veriləcək? Bankla əlaqə qurmağın mənası yoxdur, orada yenidən göy qurşağı rəngli bir şəkil çəkməyə başlayacaqlar, ölkənin ən yaxşı banklarından birini batırmaq istəyən düşmənlərini günahlandıracaqlar. Tənzimləyici ilə danışmağa dəyməz, çünki bu yaxınlarda bankın nümayəndəsi haqqin.az-ın müxbiri ilə söhbəti zamanı vəziyyətin xüsusi narahatlıq doğurmadığına əmin edib.

Lakin bankın vəkili Əkrəm Həsənovla əlaqə qurmaq mümkün olub. O da öz növbəzində bütün həqiqətləri açıqlayıb: “Bəli, eşitdikləriniz həqiqətdir”.

Onun sözlərinə görə, bank kreditlərlə bağlı problemlər aşkar edib. Ancaq bunlar heç də prezident İlham Əliyevin şəxsi təşəbbüsü sayəsində həllini tapan problemli kreditlər deyil. “Atabank “da söhbət daha çox cinayət xarakterli əməllərdən gedə bilər. Burada milyonlarla manat dəyərində kreditlər verilib və geri qayıtmayıb, ancaq bu, adi vətəndaşlara verilməyib. Və bu cinayət işində Ə. Həsənovun qeyd etdiyi kimi, çox yüksək vəzifəli şəxslər iştirak edir.

Xatırladaq ki, bank keçmiş vergilər naziri Fazil Məmmədovla da bağlıdır. O, yüksək vəzifə tutduğu zaman banka heç kim yaxın düşə bilmirdi. Lakin F. Məmmədov postunu itirən kimi onun holdinqində problemlər də başladı, o cümlədən bankda. “Krışasız” qalan şirkətlər tədricən bağlanıb və artıq növbə banka çatıb. Düzdür, hələ rəsmi olaraq bağlanmayıb, amma gördüyünüz kimi, bu gün çox uzaq da deyil.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı