RESPONSIVE LEADERBOARD AD AREA
DÜNYA 2019.08.14

Atambayevə qarşı 2 yeni iddia qaldırıldı

24

Qırğızıstanın keçmiş Prezidenti, dövlət çevrilişinə cəhddə ittiham olunan Almazbek Atambayevə qarşı yeni ittihamlar irəli sürülüb.

“RİA Novosti” xəbər verir ki, Hərbi Prokurorluq tərəfindən qaldırılan iki iddia Qırğızıstanın istilik-elektrik stansiyasının modernləşdirilməsi və Forum binası ilə bağlıdır. Belə ki, ötən ilin yanvarında Bişkekin yeganə nəhəng və yanacaqla işləyən elektrik stansiyasında anomal şaxtalara görə qəza baş verib. Ölkə Çindən aldığı 386 milyon dollar kreditlə istilik-elektrik stansiyasını yenilədikdən sonra Qırğızıstanda korrupsiya qalmaqalı olub, bir sıra yüksək vəzifəli məmurlar nəzarətə götürülüb.

Sözügedən Forum binası isə Bişkekin mərkəzində, Atambayevin qərargahının yerləşdiyi çoxmərtəbəli 2 binadır. Daha əvvəl eks-prezidentin digər 120 əmlakı kimi, bu binalar da məhkəmə qərarı ilə möhürlənmişdi. Müstəntiqlərin fikrincə, bu binaları əldə edərkən Atambayev bir sıra qanun pozuntularına yol verib.

Eks-prezidentin vəkili Sergey Slesarev bildirib ki, Atambayev iddialara tanış olub və bu ittihamları qəbul etməyib.

Qeyd edək ki, Almazbek Atambayev hazırda Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin İstintaq Təcridxanasında saxlanılır. O, dövlət çevrilişinə cəhddə, qətl və digər ağır cinayətlərdə ittiham olunur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı