ATİ məzunlarının nəzərinə!

ATİ məzunlarının nəzərinə!

Şəkinin şimal dağlıq hissəsində yerləşən Marxal istirahət zonasına otel idarəçiliyi üzrə müxtəlif vəzifələrə vakansiyalar elan olunur.

Maraqlı şəxslərdən CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix: 31.10.2014

Kompleks 30 hektar ərazini əhatə edir.

“Marxal” istirahət kompleksi dağlıq relyefdə, mövcud meşə ərazisində salınmışdır.

Kompleksdə qonaqların rahat və mənalı istirahətinin təşkili üçün lazımi binalar və mühəndis qurğuları – zirzəmisi olan 7 mərtəbəli mehmanxana, 450-600 yerlik restoran, SPA mərkəzi, əyləncə və ticarət mərkəzləri, kafe, 250 yerlik açıq havada teatr, qeydiyyat və xidmət evi, 16 ədəd 3-4 otaqlı kotteclər layihələndirilmişdir.

Bundan əlavə, açıq havada istirahət etmək və idmanla məşğul olmaq məqsədi ilə idman meydançaları, dincəlmək üçün güşələr, dekorativ hovuzlar, fəvvarələr nəzərdə tutulmuşdur.

Ərazidəki mövcud göl su əyləncələri məqsədi ilə abadlaşdırılacaq və üzərində əlavə olaraq yanalma körpüsü (pirs) quraşdırılmış və
kompleksin normal fəaliyyət göstərməsi üçün bir sıra xidməti tikililər də layihələndirilmişdir. Bunlar yanğınsöndürmə və içməli su çənləri, su təmizləyici qurğu, nasosxanalar, 4 ədəd qazanxana, transformator yarımstansiyası, avtomobil dayanacaqlarıdır.

Kompleksin layihəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb və Prezident Administrasiyasının İşlər idarəsi tərəfindən maliyyələşdirilir.