RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Atletika üzrə Azərbaycan birinciliyi başa çatıb

89

Xırdalan şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Azərbaycan birinciliyi başa çatıb. Turnirdə ölkənin bütün regionlarından klub və cəmiyyətləri təmsil edən 100-dən çox atlet iştirak edib.

Körpücük üzərinə son olaraq çəkisi 105 kq və 105 kq-dan yuxarı olan atletlər çıxıblar.

Yaşı 20-yə qədər olan gənclər arasında 105 kq çəki dərəcəsində qızıl medala toplam 266 kq (116+150) nəticə ilə Ümidvar Bayramlı sahib çıxıb. Bu çəkidə yaşı 23-ə qədər olan gənclər arasında qızıl medala isə toplam 285 kq (126+159) nəticə ilə Əli Əliyev layiq görülüb.

Yaşı 20-yə qədər olan gənclər arasında +105 kq çəki dərəcəsində qızıl medalı toplam 260 kq (120+140) nəticə ilə Asxab Kolayev qazanıb. Bu çəkidə yaşı 23-ə qədər olan gənclər arasında qızıl medalı isə toplam 250 kq (110+140) nəticə ilə Xəlil Gəraylı əldə edib.

SİA

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı