ATMU tələbələri Türkiyədə ”Mədəni körpülər” yay məktəbində olublar

Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və qonaqpərvərlik” ixtisası üzrə təhsil alan tələbələrindən 2 nəfəri Türkiyə Respublikasının Ərzurum şəhərindəki Atatürk Universitetinin təşkilatçılığı ilə qardaş ölkədə “Mədəni körpülər” adlı yay məktəbində olublar. Adıkeçən yay məktəbində dünyanın 25- dən çox ölkəsinin təmsilçi-tələbələrinə turizm, marketinq, menecment, sosiologiya və mədəniyyətşünaslığa dair seminarlar keçirilib. Universitetdən verilən məlumata görə son 7 il ərzində ATMU tələbələrindən 14 nəfəri yay məktəbinin fəaliyyətindən faydalana bilib. Proqram çərçivəsində ”Mədəni körpülər” in iştirakçıları üçün Türkiyə Respublikasının müxtəlif şəhərlərinə tanışlıq – səfər turları təşkil olunub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here