ATU əməkdaşları beynəlxalq elmi simpoziumda məruzə ilə çıxış ediblər

Pakistan İslam Respublikasının Karaçi Universitetində 6-cı Beynəlxalq “Molekulyar təbabət və dərman araşdırmaları” elmi simpoziumu keçirilib. Tədbir YUNESKO, İslam Əməkdaşlıq Təşkilatının Elm Fondu və Karaçi Universitetinin Beynəlxalq Kimya və Biologiya Elmləri Mərkəzi tərəfindən təşkil edilib.

Azərbaycan Tibb Universitetindən (ATU)  bildiriblər ki, simpoziumda ATU-nu patoloji anatomiya kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru Müşfiq Orucov və bioloji kimya kafedrasının kiçik elmi işçisi Hafiz Osmanov təmsil edib.

Tədbirdə dünyanın 23 ölkəsinin aparıcı elm mərkəzlərinin və ali təhsil ocaqlarının, o cümlədən ATU-nun əməkdaşları öz elmi-tədqiqat işlərinin nəticələri haqqında məruzə ilə çıxış ediblər.

Simpozium çərçivəsində “Neoplaziyanın əsasları və karsinogenez”, “Elmi-tədqiqat nəticələrinin bioinformativ işlənilməsi” və “NMR spektroskopiyanın molekulyar biologiyada və dərman araşdırmalarında tətbiqi” mövzularında seminarlar təşkil olunub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here