“Avrasiya CİS-konfrans 2018” cografiyaşünas alimləri bir araya toplayacaq

Akademik Ramiz Məmmədovun sədrliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.

AMEA-dan bildirilib ki, R.Məmmədov sentyabrın 4-dən 7-dək Bakıda keçiriləcək “Avrasiya CİS-konfrans 2018” haqqında məlumat verib. Qeyd olunub ki, Coğrafiya İnstitutunun Türkiyənin Səlcuq Universiteti ilə birgə təşkil edəcəyi tədbir CİS-lə maraqlanan tədqiqatçıları bir araya toplayacaq. Konfrans elmi, praktik təcrübə mübadiləsinin asanlaşdırılması, gələcəkdə həyata keçiriləcək birgə tədqiqatlarda perspektiv yanaşmalar və elmi-mədəni əlaqələrin inkişafı məqsədini daşıyır.

İclasda, həmçinin türk dünyası coğrafiyasının hazırlanması və digər məsələlər müzakirə olunub.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here