Avropa Foniatrlar İttifaqının konqresi baş tutub

Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa Foniatrlar İttifaqınının (UEP) 29-cu konqresi keçirilib.

Bu tədbirdə ölkəmizi təşkilatçılar tərəfindən rəsmi dəvət olunan Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun qulaq-burun-boğaz xəstəlikləri kafedrasının assistenti, t.ü.f.d. Ramil Həşimli və Azərbaycan Mühəndislər Universitetinin Kompyuter və İnformasiya Texnologiyaları kafedrasının dosenti phd. Anar Rüstəmov təmsil ediblər.

Təmsilçilərimiz “APDVoice – An easily online available database system for phoniatric clinics – ADVoice – foniatrik klinikalar üçün online verilənlər bazası” mövzulu seminarla çıxış ediblər. Həmin məruzə konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və interaktif diskussiyaların aparılması ilə nəticələnib. Alimlərimiz tərəfindən hazırlanmış APDVoice Data base sistemi (www.apdvoice.com) Avropa Foniatrlar İttifaqının Səs komitəsi (Voice comitte of UEP) tərəfindən UEP-ə bağlı Foniatrik klinikalarda tətbiq olunması üçün müzakirə olunaraq qəbul olunub. Bununla da ilk dəfə olaraq dünyanın harasında yerləşməsindən asılı olmadan səs problemləri üzrə çalışan klinikaların ortaq araşdırma apara bilməsi üçün geniş imkanlar açılıb. Konqresin işində bütün qitələri təmsil edən 49 ölkədən 440-dan çox nümayəndə iştirak edib ki, bu da alimlərimizə həmkarları ilə geniş diskussiyalar aparmaq imkanı verib. Belçika Gent Universiteti və Türkiyə Hacettepe Universiteti Səs labortoriyaları, Charity – Berlin Tibb Universiteti Audiologiya və foniatriya kafedrasını təmsil edən həkimlərlə ortaq elmi iş üzərində işləmək üçün ilkin razılaşma əldə edilib. İnstitutun əməkdaşı t.ü.f.d. Ramil Həşimli Avropa Foniatrlar İttifaqı Səs komitəsi 6N-li işçi qrupunun (WG6: telematik səs qiymətləndirməsinə dair gələcək perspektivlər: akustik analiz üçün proqramlar, mümkün olan digər ölçüləri (vizualizasiya, aerodinamika, VRP, sorğular) lideri seçilib.

qhtxeber.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here