RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

Avropa Gənc Alimlərinin genosid faktlarına baxışları

505

Avropa Gənc Alimlərinin genosid faktlarına baxışları
Bakı forum-2015
05-08 oktyabr 2015, Bakı, Quba
Hörmətli alimlər, gənc tədqiqatçılar! Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Avropa Gənc Alimlər Şurası (Eurodoc) ilə qarşılıqlı əməkdaşlıq şəraitində “Avropa Gənc Alimlərinin genosid faktlarına baxışları” adlı beynəlxalq konfrans keçirir. Forum 05-08 oktyabr 2015-ci ildə Bakı şəhərində keçiriləcək və forumun işində Avropa ölkələrindən dəvət olunacaq gənc alimlər iştirak edəcəklər.
Beynəlxalq forumun məqsədi Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən tarixi soyqırım faktlarının dünyaya tanıdılması, Avropanın gənc alimləri vasitəsilə Avropa elmi ictimaiyyəti arasında təbliğ edilməsi, mart soyqırımları və müasir dövrümüzdə baş verən Xocalı soyqımı haqqında Avropa elmi gəncliyi arasında təbliğatın işinin daha da genişləndirilməsi və bununla bağlı Avropalı və Azərbaycanlı gənc alimlər arasında elmi informasiya mübadiləsi şəbəkəsinin qurulmasıdır.
Avropa dövlətlərindən dəvət olunmuş gənc alimlərin iştirakı ilə keçirilən Avropa gənc alimlərinin Bakı forumu vasitəsilə azərbaycanlılara qarşı baş verən tarixi genosid faktlarının Avropa elmi ictimaiyyəti arasında təbliği; gənc alimlərin beynəlxalq Bakı forumunda genosidlə bağlı elmi məruzə və poster prezentasiyalarının keçirilməsi, fotostendin təşkili, iştirakçıların soyqırım komplekslərinə ziyarətinin təşkili, Avropalı və Azərbaycanlı gənc alimlər arasında genosidlə bağlı elmi informasiya mübadiləsi şəbəkəsinin qurulması və Avropalı gənc alimlər vasitəsilə təbliğat işinin, bu sahədə elmi tədqiqatların davam etdirilməsi.
Hörmətli alimlər, gənc tədqiqatçılar!
Sizi Beynəlxalq konfransa dəvət edirik. Azərbaycanda yerləşən Universitet, institut və elmi müəssisələrdə işləyən və yaxud təhsil alan (doktorantura) elmi tədqiqatçılar tədbirdə iştirak edə bilərlər.
İştirak etmək istəyənlər http://bakuforum2015.eurocollab.net saytına daxil olub qeydiyyatdan keçə bilərlər.
Son qeydiyyat tarixi: 28 avqust 2015-ci il

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı