Avropa İttifaqı ölkələrinə ixrac 1 milyard dolları keçib

Cari ilin ilk 4 ayında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 4 milyard 19 milyon 722 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. SİA Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, bu göstərici 2018-ci ilin müvafiq dövrünə nisbətən 1 milyard 79 milyon 851 min dollar çoxdur.

Dörd ayda Aİ ölkələrindən Azərbaycana idxalın dəyəri isə 769 milyon 333 min dollar olub.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here