RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Avropa Könüllülük Xidmətinə qoşul, Avropada könüllü ol ” seminarı

817

ARGTMŞ-ın Azərbaycan Könüllülük Xidməti Proqramı çərçivəsində həyata keçirdiyi “SALTO EECA Resource Center” təlimçisinin seminarında iştirak et, Avropa Könülüllülük Xidməti ( European Voluntary Service – EVS ) ilə Avropa ölkələrində könüllü olmaq imkanı əldə et! Avropa Könüllülük Xidməti Avropa Birliyinin “Erasmus+” Proqramı çərçivəsində Avropa ölkələri arasında uzunmüddətli könüllülük mübadiləsini həyata məqsədi keçirmək məqsədi ilə həyata keçirilir. Avropa Könüllülük Xidməti ilə gənclər 2 həftədən 12 aya qədər fərqli ölkədə fərqli mühitdə könüllü olaraq fəaliyyət göstərmək , təcrübə qazanmaq, dil biliklərini inkişaf etdirmək və öyrənmək şansı əldə edir.

“Avropa Könüllülük Xidmətinə qoşul, Avropada könüllü ol ” seminarından öyrənəcəksiniz:
– Beynəlxalq könüllülük nədir?
– Avropada necə könüllü olmaq olar?
– Avropada Könüllü olmağın şərtləri
– Avropa Könüllülük Xidmətinin üstünlükləri
– Avropa Könüllülük Xidməti Proqramında maddi təminat
– Azərbaycan Könüllülük Xidməti nədir?
– Azərbaycan Könüllülük Xidmətinə necə qoşulmaq olar?

Tarix: 17 Aprel 2015-ci il, saat 15:00 – 19:00,
Məkan: Gənclər Evi, Bakı şəhəri,  Süleyman Rüstəm küç. 15H
Təlimçi: Natalia Nikitina
Təlimçinin profili haqqında bu linkdən məlumat əldə edə bilərsiniz

Yaş məhdudiyyəti:14-29
Seminarın işçi dili: İngilis dili (Azərbaycan dilinə tərcümə ilə)
Son müraciət tarixi: 14.04.2015 15:00
Seminarda iştirak üçün qeydiyyat:

http://www.nayora.az/announcements2,93/lang,az/

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı