Avropa Liqasının qalibi müəyyənləşib

2017/18 mövsümündə UEFA Avropa Liqasının qalibi müəyyənləşib.  Finalda Madrid “Atletiko”su “Marsel”lə üz-üzə gəlib. Lionda keçirilən görüşdə “Atletiko” inamlı qələbə qazanıb – 3:0.

Bununla da “Atletiko” üçüncü dəfə Avroliqanın qalibi olub. İspaniya təmsilçisi 2009/2010 və 2011/12 mövsümündə qitənin ikinci dərəcəli klub turnirini qazanıb.

Xatırladaq ki, Dieqo Simeonenin komandası Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olub. Ağdam klubu Madridlilərlə hər iki görüşdə (0:0, 1:1) rəqibindən xal almağı bacarıb.

UEFA Avropa Liqası
Final
16 may
“Marsel” (Fransa) – “Atletiko” (İspaniya) 0:3
Qollar: Antuan Qrizmann, 21, 49, Qabi, 89
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Lion, “Park Olimpik Lion”

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here