Avropa Parlamentində yeni təcrübə proqramı

Avropa Parlamentində yeni təcrübə proqramı

Index-Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzi Avropa Parlamentində və digər institutlarda təcrübə proqramında iştirak etmək üçün növbəti qeydiyyatın başlandığını elan edir.

Təcrübə müddəti: Yanvar – Mart 2015

Sənədlərin qəbulu üçün son tarix: 30 Noyabr 2014-cü il

Namizədlərə tələblər:

1. Bakalavr və ya magistr təhsilini başa vurmuş, habelə hal-hazırda təhsil almaqda olan gənclər (üstünlük xaricdə təhsil almış və ya almaqda olanlara verilir)
2. İngilis, alman və ya fransız dillərindən ən azı birini sərbəst bilmək (şifahi və yazılı)

Təcrübə proqramında iştirak etmək istəyənlər ingilis dilində hazırlanmış CV-ni 30 Noyabr 2014-cü il tarixinə qədər [email protected] ünvanına göndərmələri xahiş olunur. CV-lər Europass (http://bit.ly/1bflrn4) formatında və şəkil ilə birlikdə olmalıdır.