RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Avropada könüllü ol!“ seminarı

474

GƏNCLƏRİN NƏZƏRİNƏ!!!

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi Azərbaycan Könüllülük Xidməti Proqramı çərçivəsində 2016-ci ilin Avropa Gənclər Paytaxtı Gəncə şəhərində 05 SENTYABR 2015-ci il tarixdə region gəncləri üçün “Avropada könüllü ol!“ seminarını təşkil edir.

Seminarın təşkil edilməsində əsas məqsəd Azərbaycanda Avropa Könüllülük Xidmətinin inkişafını təmin etmək region gənclərinin beynəlxalq könüllülük proqramlarında iştirak potensialının artırılmasıdır.

Avropa Könüllülük Xidməti Avropa İttifaqının “Erasmus+” Proqramı çərçivəsində Avropa ölkələri arasında uzunmüddətli könüllülük mübadiləsini təşkil etmək məqsədi ilə həyata keçirilir. Avropa Könüllülük Xidməti ilə gənclər 2 həftədən 12 aya qədər fərqli ölkədə fərqli mühitdə könüllü olaraq fəaliyyət göstərmək, təcrübə qazanmaq, dil biliklərini inkişaf etdirmək və öyrənmək şansı əldə edir.

” Avropada könüllü ol ” seminarından öyrənəcəksiniz:
– Beynəlxalq könüllülük nədir?
– Avropada necə könüllü olmaq olar?
– Avropada Könüllü olmağın şərtləri
– Avropa Könüllülük Xidmətinin üstünlükləri
– Avropa Könüllülük Xidməti Proqramında maddi təminat
– Azərbaycan Könüllülük Xidməti nədir?
– Azərbaycan Könüllülük Xidmətinə necə qoşulmaq olar?

Seçim zamanı 14-29 yaşarası gənclərə üstünlük veriləcək. İştirakçılar ən azı “Intermediate” səviyyəsində ingilis dili biliyinə sahib olmalıdır.

Son müraciət tarixi: 02.09.2015
Seminarda iştirak üçün qeydiyyat:

https://docs.google.com/forms/d/1ARkIS4Wh9BK_APJTDGbaakKz-ILFjbMhbl9D5LSzKb8/viewform

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı