RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

AVROPADA SOSİAL İŞ VƏ SOSİAL İŞ TƏHSİLİ

539

Birliyimiz öz ənənəsinə sadiq qalaraq, Sizi növbəti beynəlxalq ekspertin seminarına dəvət edir.

Bu dəfəki mövzumuz Avropa ölkələrində sosial iş və sosial iş təhsilidir.

Ekpert qonağımız Buxarest Universitetinin professoru Ana Radulescudur. Onun 20 ildən artıq ailələrlə sosial iş , keys menecment, məişət zorakılığı sahəsində pedaqoji təcrübəsi vardır. O cümlədən bir çox ölkələrdə sosial müdafiə islahatlarını nəzərdə tutan layihələrdə ekpert qismində iştirak edib. Ana Radulescu həm də Beynəlxalq Sosial İşçilər Federasiyasının Avropa Regionu üzrə fəxri katibi olmuşdur. Hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Avropa İttifaqı tərəfindən həyata keçirilən Azərbaycanda Sosial Xidmətlərin İnkişaf etdirilməsi layihəsinin aparıcı ekspertidir.

Seminar Sosial iş ixtisası üzrə təhsil alan tələbələr, məzunlar, sosial işçi kimi çalışan mütəxəssislər, eləcə də sosial iş haqqında öyrənmək istəyən hər kəs üçün açıqdır. Siz seminarda ekspertə suallarınızı ünvanlaya həmçinin onun öz təcrübəsindən paylaşdıqlarını öyrənə bilərsiniz.

Vaxt: 8 oktyabr saat 18:00

Ünvan: Hilton Baku

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı