RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“AVROPADAN SEVGİLƏRLƏ” Fotoşəkil müsabiqəsi

540


Aİ məmnuniyyətlə “Avropadan sevgilərlə” adlı fotoşəkil müsabiqəsinin başlandığını elan edir! Əsas hədiyyə – Avropaya 2 nəfərlik aviabilet!

Aşağıdakı kateqoriyalar üzrə Avropada çəkilmiş fotoşəkillərinizin qəbuluna başlayırıq:

– Ən yaxşı peşəkar fotoşəkil (Avropada çəkilmiş peşəkar şəkillər)
– Avropada çəkilmiş ən yaxşı “selfi” (Öz özünüzü çəkdiyiniz şəkil)
– Ən yaxşı ailə fotoşəkli (Ailənizin şəkli)

MÜSABİQƏ TARİXLƏRİ:
Müsabiqə artıq açıqdır və fotoşəkillərin təqdim olunması üçün son tarix:17 sentyabr 2015- ci il saat 12:00

NECƏ MÜRACİƏT ETMƏLİ:
Müsabiqəyə daxil olmaq üçün jpg., pdf. və ya png. formatda olan fotoşəkillərinizi eurovillagephot[email protected]com ünvanına göndərməli və adınız, yaşınız, telefon nömrəniz, qısa təsvir (şəkil harada çəkilib və s.) və fotoşəkli hansı kateqoriya üzrə göndərdiyiniz barədə məlumat əlavə etməlisiniz.

RAZILAŞMA:
Təqdim olunan bütün fotoşəkillər Avropda çəkilmiş olmalıdır. Fotoşəkli təqdim etməklə onun siz tərəfdən Avropada çəkildiyini və müəllif hüququnun sizə məxsus olduğunu təsdiq etmiş olursunuz. Eyni zamanda, təqdim olunmuş fotoşəkillərin Aİ tərəfindən “Avropa Şəhərciyi” tədbirinin istənilən təşviqat materiallarında məhdudiyyətsiz çapına razılıq vermiş olursunuz.

QİYMƏTLƏNDİRMƏ:
Fotoşəkillər Aİ Səfiri və iki xüsusi qonaq daxil olmaqla üç nəfərdən ibarət jüri tərəfindən qiymətləndiriləcək. Fotoşəkil müsabiqəsinin qalibləri 19 sentyabr tarixində keçiriləcək “Avropa Şəhərciyi” tədbiri zamanı elan ediləcək, bu barədə məlumat bizim internet səhifəmizdə elə həmin gün saat 12:30-da yerləşdiriləcək.

MÜKAFATLAR:

Kateqoriyalar üzrə qalib olan iştirakçılar mükafat qazanacaqdır. Hər kateqoriyadan 15 ən yaxşı finalçının göndərdiyi fotoşəkillər “Avropa Şəhərciyi” tədbiri zamanı Aİ stendində nümayiş etdiriləcək və hədiyyə də məhz oradan əldə olunacaqdır.

Müsabiqə iştirakçıları göndərdikləri fotoşəkillərin seçilib-seçilmədyini bilmək üçün 19 sentyabr tarixdə keçiriləcək “Avropa Şəhərciyi” tədbiri zamanı Aİ stendinə baş çəkməlidirlər.

Qrand Pri – AXA MBASK sığorta şirkətindən 2 ədəd uçuş bileti

Birinci Kateqoriyada:
1-ci Mükafat – Spa Zənbili (Yves Rocher)
2-ci və 3-cü yerlər üçün Mükafatlar – Kitab: Yunanıstan Tərzi (Yunanıstan Səfirliyi), Yumuşaq Oyuncaq (Birləşmiş Krallıq)

İkinci Kateqoriyada:
1-ci Mükafat – Spa Zənbili (Yves Rocher)
2-ci və 3-cü yerlər üçün Mükafatlar- “Crystal” Zənbili (Çex Respublikası), Macarıstan hədiyyələri (Macarıstan Səfirliyi)

Üçüncü Kateqoriyada:
1-ci Mükafat – Park Cinemaya 2 ədəd bilet (AİN)
2-ci və 3-cü yerlər üçün Mükafatlar – Portuqaliya Hədiyyələri (Portuqaliya Səfirliyi), Kitablar: TimTim Comic (Belçika Səfirliyi)

PicsArt_1441316687988

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı