“Avto Akademiya BİNƏQƏDİ – 2” – müsabiqə

Binəqədi rayon İcra hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Avtomobil Federasiyası, “NURGUN Motors” Şirkəti, “STEP” Xanımlar üçün Professional Sürücülük Məktəbi və “RƏVAN” Sığorta şirkətinin birgə təşkilatçılığı ilə “Avto Akademiya Binəqədi – 2” layihəsinə start verilir.

“Avto Akademiya BİNƏQƏDİ – 2” layihəsi yol təhlükəsizliyinin təmin edilməsini, yol hərəkəti qaydalarının öyrənilməsini, yol hərəkəti mədəniyyətinin yüksəldilməsini və sürücülük vəsiqəsi əldə etmək istəyən gənclərə dəstək olmağı əsas məqsəd olaraq qarşıya qoyur.

Layihə iki qrup olmaqla iki ay müddətində, həm nəzəri həm də praktiki təlimləri əhatə edəcək. Praktiki təlimlər “NURGUN Motors” şirkətinin təqdim etdiyi və “RƏVAN” Sığorta şirkətinin tərəfindən yüz faiz sığorta edilmiş avtomobillə keçiriləcək. Təlimlər yüksək ixtisaslı mütəxəssis tərəfindən aparılacaq.

“Avto Akademiya BİNƏQƏDİ -2” layihəsinin iştirakçısı olmaq istəyən gənclər 15 Mart 2015-cü il tarixinə kimi elektron müraciət formasını doldurmalı və ikinci mərhələdə müsahibədə iştirak etməlidir. Elektron formanı doldurmaq üçün namizədlərin aşağıda qeyd olunmuş linkə daxil olması vacibdir. Qeyd edək ki, layihədə iştirakçı olacaq şəxslərin adlarıhttp://bineqediyap.org.az/ saytında yerləşdiriləcəkdir. Layihənin rəhbəri YAP Binəqədi rayon Təşkilatının üzvü Nərgiz Qurbanidir.

http://goo.gl/forms/CZMgIokC92

Ünvan: YAP Binəqədi Rayon Təşkilatı, Bakı şəhəri,AZ 1130, Binəqədi rayonu, Azadlıq pros., Heydər Əliyev adına istirahət parkı.

Tel: +99412 561 88 45
E-mail: [email protected]
İnstagram: @avtobineqedi

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here