RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Axınla aşağı” filminin nümayişi

325

YARAT Müasir İncəsənət Mərkəzi 29 sentyabr 2015-ci il tarixində Asif Rüstəmovun “Axınla aşağı” filminin nümayişinə dəvət edir.

Filmin nümayişi YARAT Film Klubunun çərçivəsində təşkil edilərək və sual-cavab sessiyası ilə davam edəcək.

Sinopsis
Film maraqlı və həyəcan dolu süjet xəttinə malikdir. Avarçəkmə üzrə idman müəlliminin ailəsində problem yaşanır. Filmin qəhrəmanı nə həyat yoldaşı ilə, nə də yeniyetmə oğlu ilə yola gedir. Onun hətta idman məktəbində bir sevgilisi də var. Ata oğlunu avarçəkənlərin kapitanı elan etsə də, sonradan onu hər addımbaşı danlayır, aşağılayır. Hətta oğluna deyir ki, hamının yanında mənə “ata” deyə müraciət etmə. İdman yarışlarına az qalmış oğlunun kapitan “rütbə”sini əlindən alıb, başqasına verir.

Film Azərbaycan dilində nümayiş olunacaq
Filmin müddəti 90 dəq.
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414
Giriş sərbəstdir

10690349_884185564982913_5294412760800947026_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı