“Azərbaycan-2020: Vergi birinciliyi” layihəsi start götürmüşdür

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan-2020: Vergi birinciliyi” layihəsi start götürmüşdür.

17.02.2018-ci il tarixində AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan-2020: Vergi Birinciliy” adlı layihənin ilk mərhələsi baş tutmuşdur. İlk mərhələ seçim mərhələsi olmuşdur və layihədə iştirak etmək istəyən şəxlər onlayn formada ilkin qeydiyyat formunu dolduraraq qeydiyyatdan keçmişdirlər. Bu mərhələdə iştirakçılar onlara təqdim edilən 20 sualın (AR qanunvericiliyinə dair) öhdəsindən gəlməyə çalışmışdırlar. Ən yüksək nəticə göstərən 20 iştirakçı növbəti mərhələdə iştirak haqqı qazanmışdır.

Layihənin növbəti mərhələsində ilk mərhələnin nəticələrinə əsasən ikinci mərhələdə iştirak haqqı qazanmış 20 iştirakçı AR vergi qanunvericiliyinə və dünyada vergi nəzəriyyəsi və praktikasına dair təlimlərdə iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan-2020: Vergi Birinciliyi” layihəsi gənc vergi ödəyiciləri arasında geniş məlumatlandırma, maarifləndirmə və təbliğat işlərinin aparılmasını nəzərdə tutur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here