Azərbaycan akrobatları Dünya Kubokunda üçüncü olublar

Portuqaliyanın Maya şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub. Azərbaycan Gimnastika Federasiyasından ONA-ya verilən məlumata görə, yarış Azərbaycan millisi üçün uğurlu alınıb.

Təmsilçilərimizdən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi bürünc medallara sahib olublar. Onlar qarışıq cütlükdə fəxri kürsüyə yüksəliblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here