Azərbaycan alimi Albert Nelson adına Nailiyyət Mükafatına layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun dinamiki sistemlərdə xaos şöbəsinin müdiri, fizika elmləri doktoru Elman Şahverdiyev Albert Nelson adına Nailiyyət Mükafatına layiq görülüb.

AMEA-dan  bildiriblər ki, alimə bu mükafat səmərəli elmi fəaliyyəti və yüksəkixtisaslı kadr hazırlığındakı fədakarlığına görə verilib.

AZƏRTAC